Tanınmış yazıçı həbs edilə bilər - Qanunsuz həkimlik edirmiş

Tanınmış yazıçı həbs edilə bilər - Qanunsuz həkimlik edirmiş
23:32 20 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Düşüncə gücü ilə müalicə və insan enerjisi mövzularında kitabların müəllifi türkiyəli Metin Haranın həbs edilmə təhlükəsi var.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bir vətəndaş yazarın tibb təhsilinin təsdiq edən diplomunun olmadığı təqdirdə özünü həkim adlandırdığı üçün polisə şikayət edib.

Artıq məşhur yazarın haqqında araşdırmaya başlanılıb və ona aid olan " İnsana Güven Eğitim Danışmanlık" adlı şirkətinin fəaliyyət icazəsi olmadığı aşkarlanıb. Şirkəti möhürlənən yazar haqqında araşdırmalar davam edir.

M.Hara isə bildirib ki, tibbi müayinə və müalicə etməyib. Sadəcə olaraq kitablarında fəlsəfədən danışıb.

Araşdırmalar onun qanunsuz həkimlik fəaliyyəti ilə məşğul olduğunu sübut edərsə, tanınmış yazarı həbs gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/812120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR