Suriyada terrorçuların hücumu nəticəsində 17 Suriya hərbçisi öldürülüb

Suriyada terrorçuların hücumu nəticəsində 17 Suriya hərbçisi öldürülüb
00:37 21 Dekabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Terrorçuların İdlib əyalətinə etdiyi iki güclü hücum nəticəsində Suriya ordusunun 17 əsgəri ölüb, 42-si yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.
Onun sözlərinə görə, dekabrın 19-da axşam saatlarında 300 və 400 nəfərdən ibarət terrorçular zirehli texnikanın dəstəyi ilə İdlib əyalətindəki Sinjar və Abu Dali yaşayış məntəqələri istiqamətində hücuma keçməyə çalışıblar.
“Terror hücumlarının dəf edilməsi zamanı Suriyanın 17 hərbçisi öldürülüb, 42 hərbçisi yaralanıb. Atışma nəticəsində 200 terrorçu məhv edilib və ya yaralanıb”.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyada-terrorcularin-hucumu-neticesinde-17-suriya-herbcisi-oldurulu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR