Azərbaycanın daha iki güləşçisi Dünya Kubokunun qalibi oldu - FOTO

Azərbaycanın daha iki güləşçisi Dünya Kubokunun qalibi oldu - FOTO
10:32 21 Dekabr 2019
87 İdman
Ölkə mətbuatı
A- A+

İranın Bocnurd şəhərində keçirilən güləş üzrə klublararası Dünya Kubokuna yekun vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Olimpiya mükafatçılarımız Hacı Əliyevlə Cəbrayıl Həsənovun yarışdığı "İran Mol" komandası finalda "Azadi" komandasına qalib gəlib.

Hər iki güləşçimiz görüşlərini qələbə ilə başa vurub. Onların komandaları 8:2 hesabı ilə qalib gəlib. Bununla da hər iki adlı-sanlı güləşçimiz İran komandasının heyətində Dünya Kubokuna yiyələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/812212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR