İstirahət gününün HAVAsı

İstirahət gününün HAVAsı
12:52 21 Dekabr 2019
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var, cənub küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında, hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/812270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR