Nazarov Almaniyada növbəti qolunu vurdu

Nazarov Almaniyada növbəti qolunu vurdu
19:47 21 Dekabr 2019
109 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" doğma meydanda "Qroyter"lə qarşılaşıb. Görüş Aue təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və sona kimi oynayıb. Millimizin üzvü 64-cü dəqiqədə penaltidən komandasının ikinci qolunun müəllifi olub. Bununla da 29 yaşlı futbolçu 2019/2020 mövsümündə vurduğu qolların sayını 7-ə çatdırıb.
 
Qeyd edək ki,  "Erzgebirge" hazırda 29 xalla 4-cü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/812380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR