Daha bir tanınmış jurnalist deputatlığa namizəd oldu -

Tanınmış jurnalist, “Lider” Televiziyasının iqtisadiyyat xəbərlərinin aparıcısı Teymur Məmmədov (Mərdanoğlu) 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Metbuat.az-ın xəbərinə görə, T.Mərdanoğlu namizədliyini 26 saylı Sabunçu birinci seçki dairəsindən irəli sürəcək.

O, seçkiyə “Tamaşaçının nə istədiyini bildiyim kimi, seçicimin də nə istədiyini bilirəm”, “Səs ver ki, səsin olum” şüarları ilə qatılacaq.

Hazırda həmin seçki dairəsinin deputatı Fazil Mustafadır.

Qeyd edək ki, Teymur Mərdanoğlu 1983-cü ildə anadan olub. 2000-ci ildə AzTV-də işləyib, daha sonra hərbi xidmətə yollanıb, 2005-ci ildən indiyədək isə “Lider” Televiziyasında çalışır, parlament müxbiridir. O, 20 ilə yaxındır ki, jurnalistika sahəsindədir, bu müddət ərzində bir sıra uğurlu layihələrə imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR