"Bavariya" "Volfsburq"u yenərək Bundesliqada üçüncü ardıcıl qələbəsini qazanıb

"Bavariya" "Volfsburq"u yenərək Bundesliqada üçüncü ardıcıl qələbəsini qazanıb
20:47 21 Dekabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"Bavariya" Almaniyanın futbol üzrə çempionatının 17-ci turunun matçında "Volfsburq"u qəbul edib.
"Report" xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans-Arena" stadionunda baş tutub və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qolun müəllifi Joşua Zirkze olub. O, 85-ci dəqiqədə topu "Volfsburq"un qapısından keçirib. Dörd dəqiqə sonra yarımmüdafiəçi Serj Qnabri meydan sahiblərinin hesabdakı üstünlüyünü möhkəmləndirib. 
Beləliklə, "Bavariya" Bundesliqada üçüncü ardıcıl qələbəsini qazanıb.
Bu qələbədən sonra "Bavariya" 33 xalla Bundesliqanın yarış cədvəlində 3-cü yeri tutub. "Volfsburq" isə 24 xalla 9-cu yerdə qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bavariya-volfsburq-u-yenerek-bundesliqada-ucuncu-ardicil-qelebesin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR