Maradona yadplanetlilər tərəfindən oğurlandığını iddia edib

Maradona yadplanetlilər tərəfindən oğurlandığını iddia edib
00:52 22 Dekabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Argentinanın futbol yığmasının keçmiş hücumçusu və sabiq baş məşqçisi Dieqo Maradona yadplanetlilərin onu oğurladığını iddia edib.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" Argentina mətbuatına istinadən məlumat yayıb.
Keçmiş futbolçunun sözlərinə görə, o, əyləncə gecələrindən birindən sonra 3 gün evə qayıtmayıb. Evə qayıtdıqda isə bildirib ki, yadplanetlilər tərəfindən oğurlanıb.
"Mən belə də bildirdim - onlar məni oğurladılar, mən bu barədə danışa bilmirəm", - deyə Maradona əlavə edib.
1997-ci ildə təqaüdə çıxdığını qeyd edən sabiq futbolçu müsahibəsində ünsiyyətdə olduğu keçmiş dövlət başçıları, o cümlədən Fidel Kastro, Uqo Çaves, Nestor Kirşner, Alberto FernandesKristina Kirşner barədə danışıb. Maradona habelə şəxsi həyatı haqqında da bəzi xatirələrini bölüşüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/maradona-yadplanetliler-terefinden-ogurlandigini-iddia-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR