"Polis seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir" - Məzahir Pənahov

"Polis seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir" - Məzahir Pənahov
13:37 22 Dekabr 2019
24 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan polisi seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, 2000-ci ildən bu günə qədər müşahidə aparan daxili və xarici qurumlar tərəfindən Azərbaycan polisinin fəaliyyətinə irad tutulmayıb:

"Polisin səsvermə günü fəaliyyəti ilə bağlı regional tədbirlər keçiririk. Yaddaş kitabçası hazırlayırıq. Sevindirici haldır ki, polislə keçirdiyimiz tədbirlər öz müsbət nəticələrini verib".

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/elections/812455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR