Dəniz Səkinin vəziyyəti ağırlaşıb

Dəniz Səkinin vəziyyəti ağırlaşıb
01:26 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Faruk Salman həbsxanadakı nişanlısı Dəniz Səkini ziyarət edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Salman xərçəng xəstəliyi riski olan müğənninin səhhətiylə bağlı "Dənizin vəziyyəti çox pisdir" deyib.

Eyni zamandan sənətçiylə bağlı şad xəbər də var. Belə ki, Dənizin 16 həftə əvvəl təqdim olunan yeni albomu "İz"in əsas mahnısı böyük uğur əldə edib.

"Radio Monitor"un hazırladığı rəsmi siyahıya görə, "İyisin Tabi" hit-paradlarda son üç həftənin ən çox dinlənilən musiqisi seçilib, klipi isə YouTube-da 20 milyona yaxın baxış sayı əldə edib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR