"Bavariya"nın baş məşqçisi təsdiqləndi

"Bavariya"nın baş məşqçisi təsdiqləndi
16:47 22 Dekabr 2019
91 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya" rəsmən təsdiq edib ki, mövsümün sonuna kimi komandanı hazırda baş məşqçi vəzifəsinin səlahiyyətlərini icra edən Hans-Diter Flik çalışdıracaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu haqda klubun saytının yaydığı açıqlamada bildirilir. Həmçinin klub rəhbərliyi mövsüm başa çatdıqdan sonra Fliklə əməkdaşlığın davam etdirilməsi imkanlarını nəzərdən keçirir.

Daha öncə yayılan xəbərə görə, "Bavariya" rəhbərliyi Flikin fəaliyyətindən razıdır.

Qeyd edək ki, Münhen təmsilçisi birinci dövrəni lider "Leipzig"dən 4 xal geri qalmaqla 33 xalla üçüncü pillədə başa vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/812485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR