Müdafiə Nazirliyi: Hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib

Müdafiə Nazirliyi: Hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib
18:15 22 Dekabr 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan absurd xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunub: “Bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. Yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat qonşularla olan münasibətlərimizə uğursuz şəkildə xələl yetirmək məqsədi güdür.

Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib. Bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3167533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR