“Grand Prix 2019” seriyasının qalibi müəyyən olunub

“Grand Prix 2019” seriyasının qalibi müəyyən olunub
22:12 22 Dekabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsi keçirilib.
“Report” xəbər verir ki, Qran-Pri seriyasının qalibi rusiyalı şahmatçı Aleksandr Qrişuk olub. O, 20 xal toplayıb. 
İkinci yeri Rusiyanın digər təmsilçisi, İsrailin Qüds/Yerusəlim şəhərində keçirilmiş seriyasının dördüncü mərhələsinin qalibi Yan Nepomnyaşi tutub. 
Hər iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə ediblər.
Ölkəmizi bu turnirdə Şəhriyar Məmmədyarov təmsil edib. Lakin o, ümidləri doğrultmayıb. Şahmatçımız yarışların yekunlarına görə 10 xalla 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhəti ilə əlaqədar olaraq “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/grand-prix-2019-seriyasinin-qalibi-mueyyen-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR