Audi A4 Avant və A5 Sportback modellərinin qazla işləyən versiyaları təqdim olunub - FOTO

Audi A4 Avant və A5 Sportback modellərinin qazla işləyən versiyaları təqdim olunub - FOTO
22:32 22 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Audi şirkəti A4 Avant və A5 Sportback modellərinin metanla çalışan versiyalarını təqdim edib. G-tron indeksinə sahib olan modellər 170 at qüvvəli 2,0-litrlik TFSI mühərriki və 7-pilləli S-tronic "robotu" ilə təchiz edilirlər. Alman istehsalçısı avtomobillərin NEDC dövrü üzrə 420-455 arasında yürüş ehtiyatına malik olduqlarını bildirib.

Təbii metan və benzindən başqa, avtomobillərin güc qurğusu sintetik qazla da çalışır. 17,3 kq sıxılmış metan tutan dörd qaz balonu baqaj döşəməsinin altında və arxa oxun önündə yerləşirlər. Benzin çəkinin həcmi isə 25 litr azalıbdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bütün rezervuarlar qazburaxmayan, karbon və şüşəlifləri ilə gücləndirilmiş xüsusi polimer örtüklə müdafiə olunublar. Bərkitmə elementi kimi epoksid qətranı istifadə edilir. Balonlar kuzovdan həm daxili, həmdə xarici cəhətdən ayrılıblar - balonların örtüyü onları iri daşların dəyməsindən və yoldakı kəl-kötürləri keçən zaman alına biləcək xəsarətdən müdafiə edir.

Audi A4 Avant g-tron modeli 100 kilometrə 3,9 kiloqram, A5 Sportback isə 3,8 kiloqram qaz sərf edirlər. Metanın həcmi müəyyən edilmiş səviyyədən aşağı düşən zaman, mühərrik avtomatik olaraq benzinlə çalışmaya keçir. Qaza keçməsinə baxmayaraq, avtomobillərin dinamikası zərər görməyib: g-tron modellərinə yerindən 100 km/saat həddinə sürətlənməyə 8,4 saniyə tələb olunur. Avtomobillərin maksimal sürəti 220 km/saatın üzərindədir.

Almaniyada Audi A4 Avant g-tron modelinin qiyməti 43.200, A5 Sportback g-tron isə 45.100 avrodan başlayır. Qaz versiyalı bənzər öndənçəkişli 150 at qüvvəli avtomobillərdən 5.650 avro bahadırlar. Alman jurnalistləri qaz versiyasının bu fərqi 160 min kilometrdən sonra qapadacağını bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR