Bakıda kütləvi dava baş verib, 3 nəfər bıçaqlanıb

Bakıda kütləvi dava baş verib, 3 nəfər bıçaqlanıb
23:12 22 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, baş verən kütləvi davada 1989-ci il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu, 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıb.
Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevə ciyər nahiyəsinə bıçaq yarası, M. Xəlilzadəyə sağı döş qəfəsinin deşilmiş yarası, V. Rzayevə isə sağ bud nahiyəsindən bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. 
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kutlevi-dava-bas-verib-3-nefer-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR