Sabah türkiyəli rəsmilər İdlibdəki vəziyyəti müzakirə etmək üçün Rusiyaya səfər edəcək

Sabah türkiyəli rəsmilər İdlibdəki vəziyyəti müzakirə etmək üçün Rusiyaya səfər edəcək
23:27 22 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə, Suriyanın İdlib şəhərinə edilən hücumlara son qoymaq üçün hər cür səy göstərir.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, sabah Türkiyə nümayəndə heyəti İdlibdəki vəziyyəti müzakirə etmək üçün Rusiyaya səfər edəcək: “Bu danışıqların nəticələrinə əsasən hansı addımlar atacağımıza qərar verəcəyik”.
Ərdoğan qeyd edib ki, mövcud vəziyyətə görə, İdlibdə yaşayan 80 mindən çox yerli sakin Türkiyə sərhədlərinə doğru hərəkət etməyə başlayıb.
Türkiyə dövlətinin başçısı Ankaranın təkcə bu qaçqınlar üçün məsuliyyət yükünü daşıya bilməyəcəyi barədə xəbərdarlıq edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sabah-turkiyeli-resmiler-i-dlibdeki-veziyyeti-muzakire-etmek-ucun-rusiy

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR