“Latsio” İtaliya Super Kubokunun qalibi olub

“Latsio” İtaliya Super Kubokunun qalibi olub
23:47 22 Dekabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “King Saud University” stadionunda “Yuventus” və “Latsio” komandaları arasında futbol üzrə İtaliya Super Kuboku uğrunda görüş keçirilib.
“Report” xəbər verir ki, görüş “Latsio” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 17-ci dəqiqəsində Luis Alberto fərqlənsə də, 45-ci dəqiqədə Paolo Dibala hesaba tarazlıq gətirib.
Qarşılaşmanın ikinci hissəsinin 73-cü dəqiqəsində “Latsio” Senad Luliçin dəqiq zərbəsi ilə yenidən hesabda önə keçib. Görüşdə sonuncu qolu “Latsio”nun futbolçusu Daniel Kataldi vurub.
Bununla da “Latsio” tarixində 5-ci dəfə İtaliya Super Kubokun qalibi adı qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/latsio-i-taliya-super-kubokunun-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR