Dünən Yasamalda güllələnən Zülfünün FOTOsu

Dünən Yasamalda güllələnən Zülfünün FOTOsu
11:57 23 Dekabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Yasamal rayonunda güllələnən Zülfü Muradovla bağlı yeni məlumatlar ortaya çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun topdansatış meyvə ticarəti ilə məşğul olduğu bildirilir.

Məlumata görə, Z.Muradov bir neçə ay əvvəl qısa müddətli həbsdə olub. O, özünün sosial şəbəkədəki hesabında məclislərdən birində məşhur meyxanaçı Rəşad Dağlı ilə birgə fotosunu da paylaşıb.

Qeyd edək ki, naməlum şəxs "Niva" sürən Z.Muradovu və onun yanında olan İlkin Babayevi güllələyib. Zülfüyə ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/812618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR