“Müəllimlər arasında ixtisas olimpiadası"nın Bakı mərhələsi başa çatdı (FOTO)

“Müəllimlər arasında ixtisas olimpiadası"nın Bakı mərhələsi başa çatdı (FOTO)
13:36 23 Dekabr 2019
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”nın Bakı mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan mərhələdə 1000-dən çox tələbə və müəllim iştirak edib. Səhər saatlarında III və IV kurs tələbələri, günün ikinci yarısında isə hazırda daimi və müqavilə ilə fəaliyyət göstərən gənc müəllimlər öz ixtisas biliklərini yoxlayıblar.

MİO-nun ilk mərhələsi yanvar ayının 11-də Lənkəran və Gəncə şəhərlərində region müəllimləri üçün təşkil olunacaq mərhələ ilə sonlanır. Finalçıların adı ilə yanvar ayının 15-dən sonra taim.az saytından tanış ola bilərsiniz. Son mərhələdə 9 ixtisasdan ümumilikdə 500 nəfər hər ixtisas üzrə ən güclünü müəyyən edəcəklər. İlk yerləri tutan şəxslər “Baku Elektroniks”-dən qiymətli hədiyyələr, “ACER”-dən noutbuklar, ən yaxşı nəticə göstərən şəxs isə “ES Travel” tərəfindən İstanbula iki nəfərlik bilet əldə edəcək. İlk sıralarda yer tutanlar "İydə Perfumeriya”-dan brend ətirlər, “Saat Store”-dan saatlar, Nizami Kino Mərkəzindən 20 nəfərə kinoya bilet, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə iki nəfərlik şam yeməyi, Şərq – Qərb nəşriyyatından isə dəyərli kitablarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, MİO-nun ilk mərhələsinə Lənkəran və Gəncə şəhərlərində yekun vurulacaq. İştirak etmək istəyən şəxslər yanvar ayının 10-dək https://taim.az/olimpiada linkindən qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçdikdən sonra mərhələli olaraq məkan və vaxt barədə mobil nömrələrinizə ismarıc göndəriləcəkdir!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3167858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR