Bakıda 93 kişi səs verib

Bakıda 93 kişi səs verib
14:22 23 Dekabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayon ərazisində 93 yaşlı kişi səs verib.
"Report"un xəbərinə görə, 1926-cı il təvəllüdlü Yusif Əzizov bələdiyyə seçkiləri ilə əlaqədar 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.
"Report"un əməkdaşı ilə söhbətində özünü gümrah hiss etdiyini bildirən 93 yaşlı Y.Əzizov 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində 90 yaşdan yuxarı cəmi bir seçici qeydə alınıb. Bu məntəqənin seçici siyahısında 1216 nəfərin adı var.
Məntəqə 247 saylı tam orta məktəbin binasında yerləşir.








Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/bakida-93-kisi-ses-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR