Kriştianu Ronaldu İrina Şeykdən anasına görə ayrılıb

Kriştianu Ronaldu İrina Şeykdən anasına görə ayrılıb
01:39 17 Yanvar 2015
185 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu rusiyalı sevgilisi İrina Şeyklə beş illik münasibətlərdən sonra ayrılıb. Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, ayrılıq futbolçunun təşəbbüsü ilə olub və bunun səbəbi İrina Şeykin Ronaldunun anasının yubileyi ilə bağlı mərasimə qatılmaqdan imtina etməsidir. Məlumatı Portuqaliyanın “Correio da Manha” nəşri yayıb.

 

Məlumata görə, İrina ilə Dubayda Yeni il tətilini keçirən Ronaldu Madriddə anasına 60 illiyi ilə əlaqədar sürpriz etmək istəyib. Lakin model sevgilisini bu səfərdə müşayiət etməkdən imtina edib. Kriştianu Ronaldu və İrina Şeyk arasında bu səbəbdən yaranan narazılıq münasibətlərin bitməsində son nöqtə olub. Çünki, bir neçə aydır sevgililər arasında münasibətlər gərgin imiş.

 

Qeyd edək ki, 29 yaşlı Kriştianu Ronaldu Madridin “Real” klubu və Portuqaliya millisində çıxış edir, futbol tarixinin ən bahalı oyunçusu sayılır. Onun surroqat anadan dünyaya gələn 4 yaşlı oğlu var.

 

29 yaşlı İrina Şeyxlislamova (Şeyk) Rusiyanın Çelyabinsk vilayətindəndir. O, 2007-ci ildən bu yana hər il Amerikanın “Sports Illustrated Swimsuit İssue” jurnalına çəkilir, “Armani Exchange”, “Guess”, “İntimissimi”, “Lacoste”, “La Perla” brendlərinin siması olub. İrina Şeyk hazırda “Avon” kosmetika firmasını təmsil edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR