Gəncə bələdiyyə üzvlərini seçir - VİDEO - FOTO

Gəncə bələdiyyə üzvlərini seçir - VİDEO - FOTO
16:12 23 Dekabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində də bələdiyyə seçkiləri ilə bağlı səsverməyə start verildi, bütün seçki məntəqələri saat 8:00-da qapılarını seçicilərin üzünə açdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, səhər saatları olmasına baxmayaraq 38 saylı Nizami II (Gəncə) Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində seçici fəallığı hiss edilir, onlar öz namizədlərinə səs vermək üçün seçki məntəqəsinə üz tutublar.

37, 38, 39, 40 saylı Seçki Dairələri üzrə seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin gedişatı ilə bağlı məlumatların operativ olaraq ötürülməsi üçün bütün məntəqələr rabitə və yüksəksürətli internetlə təmin olunub. Prosesi canlı izləmək üçün 40 məntəqədə veb-kamera quraşdırılıb. 4 Seçki Dairəsi üzrə 107 məntəqədə 151 min 378 səsvermə hüququ olan vətəndaşın adı siyahıya alınıb.

Qeyd edək ki, 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da seçkilər haqqında məlumat veriləcək. Səsvermə prosesi saat 19.00-da başa çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/812720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR