Kürdəmirdə 3 seçicinin yaşı 100-dən çoxdur

Kürdəmirdə 3 seçicinin yaşı 100-dən çoxdur
18:37 23 Dekabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 23-də 57 saylı Kürdəmir seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi məntəqələrdə səhər saat 8-dən başlanan səsvermə kampaniyası davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, dairə seçki komissiyasının sədri Əbülfət Mikayılov bildirib ki, bələdiyyələrə seçkilərində 42 məntəqə üzrə 43100 seçici istədiyi namizədə səs verəcək. Seçicilərin 236 nəfəri ilk dəfə səsverən, 3 nəfər isə 100 yaşdan yuxarı olanlardır.

Səsvermənin şəffaf keçirilməsi, hər kəsin öz seçimini sərbəst şəkildə etməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq bütün şərait yaradılıb. Səsverməni 445 nəfər yerli müşahidəçi izləyir. Onlardan 153 nəfəri ayrı-ayrı siyasi partiyalardan olan müşahidəçilərdir.

Seçicilər qeydə alınan 478 namizəd arasından seçim edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/812722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR