KİV: Azərbaycan bu qırıcıları almaq istəyir - FOTO

KİV: Azərbaycan bu qırıcıları almaq istəyir - FOTO
18:38 23 Dekabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Rusiyanın “Su-57” tipli ən modern beşinci nəsil qırıcı təyyarələrini almağa maraq göstərir.

“Report” “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi sənaye kompleksindəki mənbə bildirib. Qeyd olunub ki, iki ölkə arasında hərbi texniki əməkdaşlıq məsələləri Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin bu ilin oktyabrın 3-də Soçi şəhərində keçirilmiş danışıqlarında da müzakirə edilmişdi.

Həmçinin Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarından sonra Rusiya tərəfilə silah tədarükünə dair sövdələşmə ehtimalını dilə gətirmişdi: “Bəzi maraqlı fikirlər var”.

Bununla yanaşı, Azərbaycanın "Su-57"lərə maraq göstərməsi Ermənistanın Rusiyadan “Su-30SM” tipli dörd qırıcı təyyarəni almasına və daha 8 ədədini alacağına təkan verdiyi göstərilir.

Bildirilir ki, “Su-57” təyyarələrini almaqda Türkiyə də maraqlıdır. Lakin adıçəkilən təyyarələrdən 2027-ci ilədək 76 ədədinin tədarükünə dair Rusiya Müdafiə Nazirliyinin ehtiyacları ixracatdan əvvəl ödəniləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/299928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR