Elmar Məmmədyarov Gürcüstanın baş naziri ilə dövlət sərhədinin delimitasiyası prosesini müzakirə edib

Elmar Məmmədyarov Gürcüstanın baş naziri ilə dövlət sərhədinin delimitasiyası prosesini müzakirə edib
18:52 23 Dekabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın baş naziri Giorgi Qaxaria və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğu xüsusilə vurğulanıb.
Tərəflər Gürcüstan və Azərbycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə də diqqət ayırıblar.
Bildirilib ki, proses iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri kontekstində davam etdirilməli və iki dost ölkənin maraqları nəzərə alınmalıdır.
Görüşdə həmçinin nəqliyyat dəhlizinin effektivliyi və rəqabətliliyinin artırılması, iki ölkənin tranzit potensialından birgə istifadənin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə TANAP layihəsinin Avropa hissəsinin açılışı alqışlanıb.
G.Qaxaria Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-gurcustanin-bas-naziri-ile-dovlet-serhedinin-delimitasiyasi-prosesini-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR