Ağzınız quruyursa... - 5 TƏHLÜKƏLİ SƏBƏB

Ağzınız quruyursa... - 5 TƏHLÜKƏLİ SƏBƏB
20:57 23 Dekabr 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan kifayət qədər su içir, lakin buna baxmayaraq ağızda daim quruluq hiss edirsə, bu ciddi xəstəliklərə işarə edə bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ilk növbədə bu halda qanda şəkərin səviyyəsini yoxlamaq lazımdır. Ağızda quruluq, keçməyən susuzluq hissi, sidik ifrazının artması, dəridə yaraların gec sağalması, cinsiyyət orqanlarında qaşınma şəkərli diabetin inkişafına işarə edə bilər.

Bundan əlavə ağızda quruluq "zob" xəstəliyi olan tireotoksikozun əlaməti ola bilər. Ağızda quruluqdan əlavə tireotoksikozun digər əlamətləri arasında: əsəbilik, əllərin əsməsi, ürək döyünməsinin artması, çəkinin azalması və s.

Sinir sistemi xəstəlikləri (depressiya, nevroz, Alsheymer xəstəliyi və s.) zamanı da insan ağızda quruluq hiss edə bilər.

Autoimmun xəstəliyi olan Şeqren sindromu ağız və göz quruluğu ilə özünü büruzə verir.

Qanazlığı və vitamin (xüsusilə A vitamini) çatışmazlığı zamanı da digər simptomlarla yanaşı ağızda quruluq ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/812678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR