Əsrin ən böyük layihəsi (VİDEO)

Əsrin ən böyük layihəsi (VİDEO)
01:56 17 Yanvar 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

Bu il Bakıdan İstanbula artıq qatarla da getmək mümkün olacaq.

ANS TV-nin məlumatına görə, Bakıdan İstanbula qatarla iki gün yarıma getmək mümkün olacaq. Bu imkan əsrin yüz ən böyük layihəsindən biri olan Bakı-Tiflis-Qars dəmir yolu layihəsində öz əksini tapıb.

Sərnişinlər tək İstanbula yox, bu xəttlə həm də bir günə Tiflisə də gedə biləcəklər. Qatarla gediş haqqı dəmir yolu tam istifadəyə verildikdən sonra üç ölkənin razılığı ilə müəyyən olunacaq. Dəmir yolu xəttinin bu il açılışı nəzərdə tutulub, ona görə də hazırda ərazidə işlər sürətləndirilib. Layihənin Türkiyə hissəsində demək olar ki, bütün təmir-tikinti işləri yekunlaşıb. Hazırda Gürcüstanla Türkiyə arasındakı 4,4 km-lik tuneldə tamamlanma işləri aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi, Gürcüstan hissəsində aparılan tikintinin "Dəmiryolservis" MMC podratçı şirkət həyata keçirir: "Artıq orda 315 metr tamamlanmamış hissə qalıb. Hazırıda həmin hissədə işlər davam etdirilir”.

Bu dəhliz vasitəsilə tək sərnişindaşınması yox, yeni yükdaşıma layihələri də baş tutacaq. Əsasən neft və neft məhsulları, təsərrüfat, taxta-şalban və konteyner daşımaları da həyata keçiriləcək.

"Çin də daxil olmaqla Orta Asiyadakı yüklər Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Avropa və əksinə daşına biləcək. Layihə çərçivəsində yüksək standartlara cavab verən vaqonların alınması dam nəzərdə tutulub", deyə Nadir Əzməmmədov bildirdi.

Hazırda İsveçrənin “Stadler Rail Group” şirkətindən bu il 30 ədəd dünya standartlarına uyğun vaqonlarının alınması ilə bağlı danışıqlar aparılır.

Bu dəhliz vasitəsilə ildə 15 milyon ton yük Asiyadan Avropaya daşınacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR