Bakıda xəstəxandan çıxaraq itkin düşən gənc qadın tapılıb

Bakıda xəstəxandan çıxaraq itkin düşən gənc qadın tapılıb
09:52 24 Dekabr 2019
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda itkin düşmüş 29 yaşlı qadın tapılıb.
“Report”un xəbərinə görə, hadisə dekabrın 21-də saat 18 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.
Belə ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü N.Məlikova müalicə olunduğu xəstəxandan çıxaraq itkin düşüb.
Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirləri nəticəsində N.Məlikova tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-xestexandan-cixaraq-itkin-dusen-genc-qadin-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR