Mirabdulla Abbasov “Neftçi”yə qayıdır

Mirabdulla Abbasov “Neftçi”yə qayıdır
12:05 24 Dekabr 2019
109 İdman
Ölkə mətbuatı
A- A+

Mirabdulla Abbasov "Neftçi"yə qayıdacaq.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a futbolçunun yaxınları bildirib. 24 yaşlı hücumçu 12 xalla Premyer Liqada sonuncu olan "Səbail"də qalmaq istəmir. Maliyyə problemi ilə üzləşmiş "Səbail" də futbolçularını saxlamaqda çətinlik çəkir.

Mirabdulla Abbasov müqavilə ilə "Neftçi"yə məxsus olsa da, yayda bir illiyə "Səbail"ə oyun praktikasından əziyyət çəkməmək üçün icarəyə göndərilib.

Bununla belə, artıq qış transfer pəncərəsi dönəmində futbolçu "Neftçi"yə qayıdacaq. "Neftçi"nin baş məşqçisi Roberto Bordin də onun qayıtmasını istəyir.

Mirabdulla Abbasov "Səbail"də cari mövsüm 11 oyuna çıxıb və rəqib qapılarından üç qol keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/812878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR