Yeni il bayramı ərəfəsində dərslər hansı günlərdə keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Yeni il bayramı ərəfəsində dərslər hansı günlərdə keçiriləcək? - RƏSMİ AÇIQLAMA
13:43 24 Dekabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Ceyhun Bayramov Yeni il bayramı ərəfəsində orta məktəblərdə dərslərin hansı günlərdə keçiriləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, C.Bayramov jurnalistlərə açıqlamasında deyib ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib. Dekabrın 31-dən yanvarın 6-a qədər ölkədə qeyri-iş günləri olacaq.

Nazirin sözlərinə görə, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3168446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR