Qusarda 7 hektar sahədə yeni meyvə bağları salınıb

Qusarda 7 hektar sahədə yeni meyvə bağları salınıb
02:13 17 Yanvar 2015
315 Ölkə
Ölkə mətbuatı
A- A+


Qusar, 17 yanvar, AzərTAc
Qusarda iqtisadiyyatın mühüm sahələrdən sayılan aqrar sektorun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə bir sıra işlər həyata keçirilir.
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi” haqqında və “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” sərəncamlarına uyğun olaraq rayonda təkcə 2014-cü il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qaydada 825 tondan artıq mineral gübrələr verilib. Bununla yanaşı, 5658 nəfər buğda istehsalçısına 788 min manat, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə isə 7944 nəfərə 1310 min manat subsidiya ödənilib.
Ötən il rayonda 7 hektar yeni meyvə bağları salınıb. Ləgərqışlaq kəndində meyvə saxlamaq üçün 3 min 600 tonluq soyuducu anbar, Yeni Həyat kəndində isə çeşidləmə sexi istifadəyə verilib. Hazırda rayonun Avaranqışlaq kəndi ərazisində 300 tonluq daha bir soyuducu anbarın tikintisi davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR