Cüdo üzrə Azərbaycan çempionatı start götürüb

Cüdo üzrə Azərbaycan çempionatı start götürüb
20:12 24 Dekabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.
“Report” xəbər verir ki, ilk yarış günündə kişilər 60 kq, 73 kq və 90 kq, qadınlar isə 48 kq, 57 kq və 70 kq çəki dərəcələri üzrə mübarizə aparıblar.
60 kq çəkidə Asəf Nəcəfov finalda Turan Bayramova qalib gələrək qızıl medal qazanıb. Bürünc medallara Kəramət Hüseynov və Rövşən Əliyev layiq görülüb.

73 kq çəkidə Telman Vəliyev həlledici görüşdə Mətin Rzazadəni yenərək qızıl medala sahib çıxıb. Paşa Əliyev və Kənan Quluzadə bürünc medalla kifayətlənib.

90 kq-da Məmmədəli Mehdiyev finalda Rüfət İsmayılov üzərində qələbə qazanaraq, qızıl medalçı olub. Bürünc medallara isə Zaur Dünyamaliyev və Aliumar Tumayev yiyələnib.

Qadınların mübarizəsinə gəlincə, 48 kq-da finalda Ramilə Əliyeva Könül Əliyevanı məğlub edərək, ölkə çempionu olub. Bürünc medala Şahnaz Əsgərova sahib çıxıb.

57 kq çəkidə İçinxorlu Munxtsedev finalda Nəzakət Əzizovadan üstün olub və birinci yeri tutub. Səkinə Zayirova və Günel Bəkirzadə bürünc medalçı olub.

70 kq çəkidə Günel Həsənli finala Aidə Baxışovanı məğlub edib. Nərgiz İbrahimova və Xədicə Rəşidova isə bürünc medal qazanıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/cudo-uzre-azerbaycan-cempionati-start-goturub55

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR