Apple yenə bir patent aldı: Ekrana inteqrasiyalı barmaq izi sensoru

Apple yenə bir patent aldı: Ekrana inteqrasiyalı barmaq izi sensoru
21:12 24 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Apple artıq bir müddətdir ki, iPhone 12-də istifadə edəcək texnologiyaları təkmilləşdirməyə başlayıb. Bu səfər isə şirkət yeni bir patent aldı. Bu patent ekrana inteqrasiya olunmuş barmaq izi sensoru texnologiyası ilə bağlıdır. Məlum olduğu kimi iPhone X-dən etibarən şirkət telefonlarında barmaq izi sensorunu ləğv etmişdi. Bir çox istifadəçi bunu bəyənməyərək etiraz və şikayətlərini dilə gətirmişdi. Görünən odur ki, şirkətin ağlında barmaq izi sensorunu geri gətirmək var.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni barmaq izi sensoru patenti göstərir ki, bu səfər sensorlar istifadəçilərin barmaqlarını optik olaraq təyin edəcək.

Patentdə yer alan məlumatlara görə bu sensor barmaq izini oxuyaraq onu bir kontrollerə göndərəcək. Kontroller alınan məlumatı yaddaşda olan məlumat ilə sinxronlaşdırdıqdan sonra ekran kilidini açacaq. Beləliklə barmaq izinin oxunma prosesi daha sürətli bir şəkildə olacaq. Patent məlumatlarında yazılanlara görə şirkət sensorlar üzərində dəyişikliklər edə bilər. Qeyd edək ki, təxminlərə görə şirkət FaceİD sistemini ləğv edərək onun yerinə barmaq izi sensorunu gətirəcək. Lakin hər ikisinin olma ehtimalı da var. Sadəcə bu halda cihazın qiyməti artacağı üçün şirkət bunu Pro modellərində istifadə etməsi ehtimal olunandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/812311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR