Bakıda top mərmisi tapıldı

Bakıda top mərmisi tapıldı
21:13 24 Dekabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, dekabrın 24-ü saat 12:01-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/300051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR