İri radiator barmaqlığı olan M4 GT3 modelinin tizeri dərc edilib

İri radiator barmaqlığı olan M4 GT3 modelinin tizeri dərc edilib
21:32 24 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

BMW Motorsport idman bölməsi M4 GT3 modelinin rəsmi tizerini dərc edib. BMW M4 seriya modelinin əsasında inşa edilmiş yarış avtomobilini 2020-ci ildə nümayiş etdirəcəklər. Avtomobilin sınaqlarına isə 2021-ci ildə başlanmalıdır. Özəl komandalar avtomobili 2022-ci il mövsümü üçün sifariş edə bilərlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, BMW M4 GT3 modeli hazırda yarışlarda iştirak edən M6 GT3 modelini əvəzləyəcəkdir. 2016-cı ildən istehsal edilən avtomobil "Spa Frankorçşapmsın 24 saatı" marafonunda, FIA GT çempionatında Makaoda və digər yarış seriyalarında qələbələr əldə edib.

Bununla belə, BMW Motorsport bölməsi M4 modelinin platformasının yeni yarış avtomobili üçün daha məqsədəuyğun olduğunu hesab edir. Yeni sportkar 500 at qüvvəsi üzərində gücə malik olan 3,0-litrlik altısilindrli BMW M TwinPower Turbo mühərriki ilə təchiz ediləcəkdir.

Tizerdən göründüyü kimi, BMW M4 GT3 modeli havalandırmalı kapota, BMW Concept 4 konseptindəkinə bənzəyən yeni firma radiator barmaqlığına, genişləndirilmiş təkər tağlarına və sarı LED fənərlərə sahib olacaqdır. Alın şüşəsindən salonda quraşdırılmış təhlükəsizlik karkasını və arxada quraşdırılmış iri antiqanadı görmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR