Gəncədə avtomobil maneəyə çırpıldı - Xəsarət alan var

Gəncədə avtomobil maneəyə çırpıldı - Xəsarət alan var
23:53 24 Dekabr 2019
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən otellərin birinin yaxınlığında qeydə alınıb.

"VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü Ramin Məmmədov müxtəlif bədən xəsarətləri alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/300062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR