"Barselona" Neymarı istəyir - Hazırlıqlar başladı

"Barselona" Neymarı istəyir - Hazırlıqlar başladı
00:58 25 Dekabr 2019
107 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" PSJ-nin hücumçusu Neymarı transfer etmək üçün yenidən ciddi hazırlıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb. Bildirilir ki, Kataloniya təmsilçisi 2020-ci ilin yay transfer dövründə braziliyalı futbolçunu transfer etməkdə qərarlıdır. "Barselona" bu məqsədlə bir neçə plan hazırlayıb. Kataloniya təmsilçisi Neymar üçün qarşı tərəfə futbolçu ya da ilkin ödəniş təklif edə bilər. “Mundo Deportivo”ya görə, Neymarın gələn il “Barselona”ya transferi böyük ehtimalla baş tutacaq.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/300060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR