Ağstafa rayonunda mərmi tapılıb

Ağstafa rayonunda mərmi tapılıb
01:29 25 Dekabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ağstafa rayonunun Ağgöl kəndi ərazisində 1 ədəd mərmi tapılıb.

2019-cu il 24 Dekabr tarixində saat 13:03-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunmuş, silahdan atıldığına və partlamadığına görə Agentliyin mütəxəssisləri tərəfindən partlayış yolu ilə yerində zərərsizləşdirilmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3168748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR