Şəki sakini Balakəndə öldürüldü

Şəki sakini Balakəndə öldürüldü
02:32 25 Dekabr 2019
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə qətl törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakini Murtuzəli Nabatova məxsus iki mərtəbəli yarımçıq tikilidə Şəki rayon sakini, 1960-cı il təvəllüdlü Məmmədhəsən Rəhimovun meyiti tapılıb.

Hüquq-mühafizə orqanları tərəfindən M. Rəhimovun meyitinə baxış keçirilərkən onun bədənində zorakılıq əlamətləri aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, M. Rəhimov tanışı Hacımurad Nəsibovun evində spirtli içki qəbul edib. Daha sonra aralarında yaranan münaqişə zəminində H. Nəsibov M. Rəhimovu yarımtikiliyə apararaq taxta ilə baş nahiyyəsindən bir neçə zərbə vurmaqla qətlə yetirib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlanıb, H. Nəsibov şübhəli şəxs kimi tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/812911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR