Tramp "Evdə tək-2" filminə çəkilməsindən danışıb

Tramp "Evdə tək-2" filminə çəkilməsindən danışıb
06:47 25 Dekabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp məşhur "Evdə tək-2" filmində iştirakından bəhs edib.
"Report" xəbər verir ki, Ağ Ev rəhbəri xüsusən uşaqların bu ekran əsəri barədə maraqla danışmalarından bəhs edib.
"Çoxları hər il bu barədə danışırlar, xüsusilə Milad günlərində. Onlar, xüsusən azyaşlı uşaqlar deyirlər - mən indi səni kinoda gördüm. Onlar məni televizorda görmürlər kimi, mənə kinoda fikir verirlər. Bu, yaxşı filmdir və mən yumşaq desək, cavan idim. Və mənim üçün bunu etmək şərəfi idi", - deyə ABŞ prezidenti Floridadakı iqamətgahında hərbi qulluqçularla videoəlaqə ilə ünsiyyət saxlayaraq deyib.
Qeyd edək ki, 1992-ci ildə çəkilmiş filmdə Tramp özü rol oynayıb. O, kiçik epizodda baş qəhrəmana – itmiş oğlan Kevinə kömək edir. Tramp ona mehmanxananın zalına necə keçməyi deyir. Bu epizod təxminən 10 saniyə davam edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/tramp-evde-tek-2-filminde-istirakini-ozu-ucun-seref-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR