Məhəmməd Əli doğum günündə xəstəxanadan çıxdı

Məhəmməd Əli doğum günündə xəstəxanadan çıxdı
02:39 17 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

Amerikalı boksçu Məhəmməd Əli növbəti dəfə sidik yolu infeksiyasından müalicə olunub və ad günü ərəfəsində xəstəxanadan evə buraxılıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu gün 73 yaşı tamam olan Məhəmməd Əli doğum gününü dostları və doğmalarının əhatəsində qeyd edəcək.

 

Əfsanəvi boksçu xəstəxanaya yanvarın 16-da - xəstəxanadan çıxdıqdan bir həftə sonra yenidən yerləşdirilmişdi.  O, dekabrın 21-də ağciyər iltihabı ilə xəstəxanaya düşmüşdü. Amma sonradan həkimlər onda sidik yolunun infeksiyasını aşkarlamışdılar. Boksçunun hansı xəstəxanada olduğu açıqlanmamışdı.

 

Məhəmməd Əli 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir. Onun danışmaqda çətinlik çəkdiyi bildirilsə də, boksçunun özü bu məlumatları təkzib edib.

 

Məhəmməd Əli dünyanın ən titullu və tanınmış idmançılarından biridir. Amerikalı peşəkar boksçu ağır çəki dərəcəsində çıxış edib. O, 1960-cı ilun Olimpiya çempionu, ağır çəki dərəcəsində mütləq dünya birincisi (1964-1966, 1974-1978) və beşqat “İlin boksçusu”dur. Məhəmməd Əli karyerası ərzində 61 döyüş keçirib, onlardan 56-sında (37-si nokautla) qalib gəlib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR