98 yaşlı Britaniya şahzadəsinin son görüntüsü şok etdi -

Keçən həftə Kral ailəsindən edilən açıqlamada 98 yaşlı şahzadə Filipin tədbir məqsədli olaraq xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, cümə günündən bəri müalicə aldığı xəstəxanadan ayrılan Filipin görüntüsü görənləri təəccübləndirib. Xəstəxana çıxışında jurnalistlərin obyektivinə tuş gələn şahzadənin göz altındakı ləkələri diqqət çəkib.

Oğlu şahzadə Çarlz dünən verdiyi açıqlamada Filipin Yeni il tədbirlərinə qatılacağını qeyd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR