Antalya idman turizmində rekord qıracaq

Antalya idman turizmində rekord qıracaq
10:37 25 Dekabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışları üçün 200 futbol meydanı hazırlanıb.
"Report" xəbər verir, bu barədə İdman Turizmi Birliyi Dərnəyinin rəhbəri Recep Şamil Yaşacan bildirib. Onun sözlərinə görə, komandalar Antalyaya dekabrın 20-dən gəlməyə başlayıblar. 2020-ci il aprelin sonlarınadək davam edəcək toplanışlara Uzaq Şərqdən şimali Avropayadək olan ölkələrin klubları qatılacaqlar. Onların arasında Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 komanda da var. Bu kollektivlərin qış toplanışı gələn ay olacaq.
Yaşacan bildirib ki, hazırlıq proseslərində futbolla yanaşı, tennis, qolf, üzgüçülük, velosiped idmanı ilə məşğul olanlar da iştirak edəcək. Ümumilikdə Antalyada 3000 toplanış nəzərdə tutulub. Bu isə rekord göstəricidir.
Qeyd edək ki, 2019-cu ildə Anyalyanı 15 milyon turist ziyarət edib.   

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/antalya-idman-turizminde-rekord-qiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR