ADNSU-da High Performance Computing Elmi Mərkəzi açılıb

ADNSU-da High Performance Computing Elmi Mərkəzi açılıb
12:37 25 Dekabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing Elmi Mərkəzinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə hökumət nümayəndələri, AMEA-nın İnstitut direktorları, rektorlar, elm adamları və tələbələr iştirak ediblər.
Universitetin rektoru, professor Mustafa Babanlı ADNSU-da belə mərkəzin yaradılmasında əsas məqsədin HPC-nin nəzəri və tətbiq sahələrində yeni və innovativ tədqiqat ideyalarının yayılması, ölkənin sənaye və elmi mərkəzlərinin proqramlarının həyata keçirilməsi, məlumatların və proqramların respublika xaricinə ötürülməsinin qarşısının alınması, Big Data prosesinin idarə olunması və bu sahədə ixtisaslaşdırılmış kadrların yetişdirilməsi olduğunu vurğulayıb.
Mərkəzin icraçısı Nigar İsmayılova HPC-nin 20 hesablama düyünündən və 1 Master hesablama düyünündən ibarət çox təyinatlı klaster kompüter sistemi olduğunu deyib. Bildirib ki, mərkəz kompüter elmlərində, o cümlədən hava proqnozlaşdırılması, neft və qaz çıxarma kimi istiqamətlərdə böyük tətbiq imkanlarına malikdir.
Sonda mərkəzdə fəaliyyət göstərən müəllim və tələbələrə sertifikatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adnsu-da-high-performance-computing-elmi-merkezi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR