Rusiya təhdid edildi: Bunu etsəniz, müharibə olacaq

Rusiya təhdid edildi: Bunu etsəniz, müharibə olacaq
12:53 25 Dekabr 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiyanın iki ölkəni birləşməyə məcbur edəcəyi təqdirdə müharibə olacağını deyib.

Publika.az xəbər verir ki, Belarus rəhbəri “Exo Moskvı” radiosuna müsahibəsində Rusiyanın addımlarına sakit reaksiya verməyəcəklərini dilə gətirib.



Lukaşenko verdiyi açıqlamada ölkəsinin müstəqil qalacağını və əsla təslim olmayacağını deyib: “Əgər Rusiya suverenliyimizi pozmağa qalxsa, bəzilərinin də dediyi kimi, beynəlxalq ictimaiyyətin buna necə cavab verəcəyini bilirsiniz. Müharibənin içərisinə girərik. Qərb və NATO da buna xoş baxmayacaq. Çünki bunu özləri üçün təhdid olaraq görəcəklər. Bu mənada haqlıdırlar".

Belarus prezidenti hazırda ölkəsinin suverenliyinə problem yaradacaq bir təhlükə hiss etmədiyini də qeyd edib.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/300101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR