Gürcüstandan gələn "Rover-45"də pirotexniki vasitələr aşkarlanıb

Gürcüstandan gələn "Rover-45"də pirotexniki vasitələr aşkarlanıb
12:55 25 Dekabr 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Rover-45" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin yük yerində düzəldilən gizli saxlanc yerində 240 ədəd üzərində "Sterminator" və 450 ədəd "Bird Egg Cracker" yazılan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3168908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR