Qarsda “Məndə sığar iki cahan” adlı konfrans keçirilib

Qarsda “Məndə sığar iki cahan” adlı konfrans keçirilib
14:52 25 Dekabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Qars şəhərində Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində “Məndə sığar iki cahan” adlı konfrans keçirilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Qafqaz Universitetinin Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı iləbaş tutub.  
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və hər iki qardaş ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda naminə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra dünya şöhrətli azərbaycanlı sənətçi Sami Yusifin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiya tamaşaçılara təqdim olunub.
Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Qafqaz Universitetinin professoru Çulpan Çetin və ali təhsil müəssisəsinin müəllimi Könül Quliyeva çıxış ediblər. Çıxışlarda İmaddədin Nəsimi şəxsiyyətinin bütövlüyündən və nadir yaradıcılıq üslubundan bəhs edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il Azərbaycanda Nəsimi ili kimi qeyd olunur. Tarixdə ilk dəfədir ki, Nəsiminin həyat və yaradıcılığı dünya ictimaiyyətinə bu qədər geniş və əhatəli şəkildə çatdırılıb.
Vüsalə Abbasova 





Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/qarsda-mende-sigar-iki-cahan-adli-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR