“Kişilik kitabı varsa, verin mən oxuyum” - Cavanşir Məmmədov - VİDEO

“Kişilik kitabı varsa, verin mən oxuyum” - Cavanşir Məmmədov - VİDEO
14:57 25 Dekabr 2019
87 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı əməkdar artist Cavanşir Məmmədov olub.

Milli.Az bildirir ki, əməkdar artist qadın və kişi arasındakı fərqdən söhbət açıb:

"Qadın olmaq olar, ancaq xanım olmaq çətindir. Biz kişilər qadınlara nisbətən kobuduq, bəzi şeylərdə qabağa düşürük. Amma əsl xanım olmaq qadın üçün çox çətindir. Biri var hörmət xatirinə tanımadığın birinə xanım deyirsən. Biri də var ki, əsl xanımla danışanda ehtiyatlı olursan. Qadın güləndə şaqqıldamamalıdır, 32 dişi görünməməlidir. Qadının yerişi duruşu, ağlamağı, gülməyi xanım kimi olmalıdır. Amma o xanımlıq heç bir kitabda yoxdur ki, qadın götürüb onu oxusun. Və yaxud da deyirlər ki, əşi, "Kişi deyilsən?" O kişilik kitabı hardadır, verin mən aparım oxuyum. O roman var? Yazılıb?"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/813217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR