Azərbaycan millisi olimpiadaya lisenziya xarakterli turnirin hazırlıqlarına başlayıb

Azərbaycan millisi olimpiadaya lisenziya xarakterli turnirin hazırlıqlarına başlayıb
15:07 25 Dekabr 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.
Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa Voleybol Mərkəzində başlayıb.
Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Ardınca kollektiv Türkiyə və Polşada təlim-məşq toplanışında olacaq. Hazırlığın gedişində bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7 - 12-də Hollandiyanın Apeldorn şəhərində olacaq. 
A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.
Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.
A qrupu
7 yanvar 

19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya

8 yanvar
22:30. Bolqarıstan – Hollandiya

9 yanvar
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa

10 yanvar
23:00. Polşa – Azərbaycan
B qrupu
7 yanvar
16:00. Almaniya – Türkiyə

8 yanvar
16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika - Almaniya

9 yanvar
16:00. Belçika - Xorvatiya

10 yanvar
16:30. Almaniya - Xorvatiya
19:30 Türkiyə - Belçika

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-millisi-telim-mesq-toplanisinda-yoldasliq-gorusleri-kecirec

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR