Anemiya ən geniş yayılmış tibbi problemlər sırasındadır

Anemiya ən geniş yayılmış tibbi problemlər sırasındadır
15:17 25 Dekabr 2019
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Anemiya - qanda hemoqlobinin miqdarının azalmasıdır.Yaranma səbəblərindən asılı olaraq anemiyanın bir neçə növü ayırd edilir: dəmir defisitli,  hemolitik, B12 vitamin çatışmazlığından yaranan, meqaloblast, aplastik. Xəstəliyin ən geniş yayılmış forması hemoqlobində dəmir çatışmazlığından yaranmış dəmir defisitli anemiyadır. Hemoqlobin - orqanizmdə oksigen daşıyan maddədir.

Yer kürəsinin əhalisinin 1/3-i dəmir defisitli anemiyadan əziyyət çəkir. Xəstəlik kişilərin təqribən 10%-də aşkar olunub, lakin daha çox reproduktiv dövrdə olan qadınlarda, hamilə qadınlarda, süd verən analarda və uşaqlarda rast gəlinir. Anemiya hipoksiyaya gətirib çıxarır. Bu isə orqanların funksiyalarını məhdudlaşdıra bilər.

Dəmir çatışmazlığından daha çox əziyyət çəkənlər:

-Mestruasiyası çox olan cavan qadınlar.

-Bağırsağın xroniki xəstəlikləri (Kron xəstəliyi, kolit) olan insanlar, bu zaman bağırsaq divarının zədələnməsi və dəmirin sorulması pozulur.

-Ciddi pəhriz saxlayanlar, vegeterianlar - belə ki, onların qida rasionunda kifayət qədər yaxşı mənimsənilən formada dəmir olmur.

-Mədə və ya bağırsağın bir hissəsinin rezeksiyası olan insanlar.

-İntensiv inkişaf dövründə olan uşaqlar.

-Ahıl yaşda olan insanlar

Dəmir çatışmazlığının əsas simptomları. Dəmir çatışmazlığı fiziki iş qabiliyyətinin aşağı düşməsinə, koqnitiv pozuntulara, inkişafın ləngiməsinə, hamiləliyin xoşagəlməz nəticələrinə, immunitetin və bədən temperaturunun tənzimlənməsinin pozulmasına gətirib çıxarır. Anemiyanın ümumi simptomatik təzahürləri: ümumi halsızlıq, solğun və quru dəri, əmək qabiliyyətinin azalması, tez yorulma, yuxululuq, əhval-ruhiyyənin tez-tez dəyişməsi, əsəbilik, baş ağrıları və qulaqlarda küy, gözlərin qaralması, baş gicəllənməsi, təngnəfəlik, dırnaqların və saçların kövrəkləşməsi, ürəkdə ağrı, əzələlərdə zəiflik, bayılma hallarıdır.

Dəmir çatışmazlığının aradan qaldırılma yolları. Dəmir çatışmazlığının müalicəsində 2 əsas qaydaya riayət olunmalıdır: əvvəlcə bu patologiyanın inkişafına gətirib çıxaran birbaşa səbəbi müəyyənləşdirərək qarşısını almaq və dəmir tərkibli dərmanlarla dəmir defisitini aradan qaldırmaq

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/813256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR